Bank Of Baku

Vüsal Qasımlı: Azərbaycanın qeyri-neft ixracı bu il ən azı 16% artıb

Vüsal Qasımlı: Azərbaycanın qeyri-neft ixracı bu il ən azı 16% artıb
# 03 dekabr 2019 15:56 (UTC +04:00)

"Bu il ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ilkin göstəricilərə görə, ən azı 16% artıb".

"APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “İslahat icmalı” dövlət idarəetməsində aparılan islahatlara həsr olunan mətbuat konfransında deyib.

İcraçı direktor bildirib ki, qeyri-neft sənayesində artım 15%-in üzərindədir: "Rabitə və yüksək texnologiyalar, informasiya texnologiyaları sahəsində artım 17%-in üzərindədir. Kənd təsərrüfatında artım 7%-dən çoxdur. Bu temp, yəqin ki, ilin sonuna qədər qorunacaq. Bütün bunlar müsbət nəticələrdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR