Bank Of Baku

“A-Qroup Sığorta”ya yeni sədr təyin edilib

“A-Qroup Sığorta”ya yeni sədr təyin edilib
# 24 iyul 2023 11:09 (UTC +04:00)

“A-Qroup Sığorta” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

Bu barədə "APA-Economics"ə sığorta şirkətindən bildirilib. Məlumata görə, Məmməd Atakişiyev Natiq oğlu İdarə Heyətinin yeni sədri seçilib. Bununla bağlı qərar səhmdarların ümumi yığıncağında verilib.

Qeyd edək ki, iyun ayında keçmiş sədr Abas Miskərli şirkətdən ayrıldıqdan sonra, onu bu vəzifədə İH sədr müavini Natəvan Məmmədova müvəqqəti əvəz edirdi.

Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR