Bank Of Baku

ABA sədri: Ötən il banklardakı depozitlərin həcmi 35 mlrd. manata yaxınlaşıb

ABA sədri: Ötən il banklardakı depozitlərin həcmi 35 mlrd. manata yaxınlaşıb
# 09 yanvar 2024 09:58 (UTC +04:00)

2023-cü ildə ilkin məlumatlara görə, Azərbaycan bank sektorunun aktivlərinin həcmi 49,2 mlrd. manata çatıb. Bu isə 2022–ci illə müqayisədə 4,5% çoxdur.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev deyib.

“İqtisadiyyata kredit qoyuluşlarının həcmi 18,3% artaraq 23,2 mlrd. manata çatıb. Kreditlərin dollarlaşması əmsalı azalmaqda davam edib və 18,8% təşkil edib. Vaxtı keçmiş kreditlərin portfeldə payı 31% azalıb. Banklardakı depozitlərin ümumi həcmi illik müqayisədə 2,3% artaraq 34,6 mlrd. manata çatıb. Fizika şəxslərin əmanətlərinin həcmi isə 9,2% artaraq 12,5 mlrd. manata çatıb”- ABA sədri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR