Bank Of Baku

ABB “Davr Bank”ın rəhbərliyini yenidən formalaşdıracaq

ABB “Davr Bank”ın rəhbərliyini yenidən formalaşdıracaq
# 29 sentyabr 2026 12:37 (UTC +04:00)

Oktyabrın 9-da ABB-nin 51%-nə nəzarət etdiyi Özbəkistanın “Davr Bank”ının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“APA-Economics” xəbər verir ki, yığıncağın gündəliyinə bankın adının dəyişdirilməsi, Müşahidə Şurasının tam, İdarə Heyətinin isə qismən yenidən formalaşdırılması, dividend siyasətinin yenilənməsi və daxili sənədlərin təsdiqi məsələləri daxildir.

Qeyd edək ki, ABB Özbəkistan bazarında genişlənmə strategiyası çərçivəsində “Davr Bank”a 100 milyon ABŞ dollarından çox vəsait yatıraraq nəzarəti əldə edib. Bank bu ölkədə “ABB Davr Bank” brendi ilə fəaliyyət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR