ABB kiçik fərdi sahibkarlar üçün yeni kredit kartını – Bizkartı təqdim edib. Bizkart vasitəsilə sahibkarlar biznes və gündəlik xərclərini daha rahat idarə edə bilərlər.
Bizkartla fərdi sahibkarlara 15 000 AZN-dək kredit xətti açılır. Kart üzrə 45 günədək güzəşt müddəti var. Bu, o deməkdir ki, fərdi sahibkar kredit kartı ilə nağdsız ödənişlər etdikdə istifadə etdiyi məbləği güzəşt müddəti ərzində faizsiz geri qaytara bilər.
Gündəlik biznes xərcləri üçün təcili dövriyyə vəsaitinə ehtiyacı yarandıqda Bizkart optimal həll yoludur. Sahibkar lazımi vəsaiti çox asanlıqla əldə edir, xərclədiyi vəsaiti isə 45 günədək faizsiz geri qaytara bilir.
Bizkartın əsas üstünlükləri:
-15 000 AZN-dək kredit xətti;
-45 günədək güzəşt müddəti;
-Zaminsiz və girovsuz təqdim edilir;
-Kart ödənişsizdir;
-VÖEN-lə çalışan hər bir fərdi sahibkar Bizkart əldə edib onun üstünlüklərindın faydalana bilər. Bizkart-ı ABB Biz tətbiqindən sifariş vermək mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.