Bank Of Baku

Azərbaycanda işsizlikdən sığorta üzrə daxilolmalar 100 mln. manatı ötüb

Azərbaycanda işsizlikdən sığorta üzrə daxilolmalar 100 mln. manatı ötüb
# 05 iyun 2026 11:25 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında ölkədə məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar 2 milyard 806,8 milyon manata yaxın olub.

"APA-Economics" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, proqnozdan əlavə 159,1 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 1 milyard 877,7 milyon manatdan çox təşkil edib.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 100,2 milyon manat olub, proqnozdan əlavə 4,5 mln. manatdan çox vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 77,7 milyon manatı ötüb.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi isə 426,1 milyon manatdan çox olub, proqnozdan əlavə 11 mln. manatdan çox vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 284,7 milyon manatı ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR