Bank Of Baku

ABB-dən səhiyyə işçilərinə sərfəli kredit

ABB-dən səhiyyə işçilərinə sərfəli kredit
# 14 iyun 2022 10:53 (UTC +04:00)

ABB 17 İyun Səhiyyə işçilərinin peşə bayramı gününə özəl olaraq yeni kampaniyaya start verib.

ABB-dən “APA-Economics”ə verilən məlumata görə, bütün səhiyyə işçiləri 23 iyuna qədər (23 iyun da da daxil olmaqla) nağd pul kreditini indi ABB-dən 14%-dən başlanan illik faiz dərəcəsi ilə əldə edə bilər.

Kreditin şərtləri:

Məbləğ - 30 000 manatadək

Müddət - 60 ayadək

Komissiya - 0%

İllik faiz dərəcəsi - 14%-dən başlayaraq

1000 manatlıq TamKart kredit kartı hədiyyə.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. ABB-nin əməkhaqqı kart sahibləri krediti Banka gəlmədən ABB mobile tətbiqi ilə onlayn şəkildə də əldə edə bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR