Bank Of Baku

ABB-nin xalis mənfəəti ilin ilk yarısında 46 mln. manata yaxın artıb

ABB-nin xalis mənfəəti ilin ilk yarısında 46 mln. manata yaxın artıb
# 13 iyul 2023 15:56 (UTC +04:00)

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) 2023-cü ilin ilk yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.

"APA-Economics" banka istinadən xəbər verir ki, ABB bu ilin altı ayını 164,4 milyon manat xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni dövründən 45,6 milyon manat və ya 38,5% çoxdur. 2022-ci ilk yarısını bank 118,4 milyon manat xalis mənfəətlə bitirmişdi.

2023-cü ilin birinci yarısında ABB-nin cəmi əməliyyat gəlirləri 133,7 milyon manat və ya 39,8% artaraq 469,2 milyon manat təşkil edib. Bankın faiz gəlirləri 122,6 milyon manat artaraq 376,4 milyon manata, qeyri-faiz gəlirləri isə 12 milyon manat artaraq 92,7 milyon manata yüksəlib.

Hesabat dövründə ABB-nin cəmi əməliyyat xərcləri 64,5 milyon manat və ya 39.9% artaraq 224,6 milyon manat təşkil edib. Bunun 64,9 milyon manatı faiz xərclərinin (29,3 milyon manat çox), 159,6 milyon manatı isə qeyri-faiz xərclərinin ((34,8 milyon manat çox)) payına düşüb.

Ümumilikdə Bank bu ilin birinci yarısını 244,6 milyon manat əməliyyat mənfəəti ilə bağlayıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 69,6 milyon manat və ya 39,4% çoxdur.

ABB mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları ötən ilin eyni dövrünə nisbətən 15,8% azaldaraq 29,8 milyon manata endirib. Bundan əlavə, əməliyyat mənfəətindən 50,8 milyon mənfəət vergisi ayrılıb.

Bu il iyulun 1-nə bankın aktivləri 2,3 milyard manat və ya 16,4% azalaraq 11,8 milyard manata enib. Cari ilin ilk 6 ayında ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 657,4 milyon və ya 18,6% artaraq 4,2 milyard manata çatıb.

Bu dövrdə ABB-nin cəmi öhdəlikləri 9,96 milyard manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 20,2% və ya 2,44 milyard manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 2,97 milyard manat və ya 19.75% azalaraq 8,5 milyard manata enib. Şirkətlərin bankdakı əmənətləri 2,2 milyard manat və ya 25,4% azalaraq 6,5 milyard manata enib, fiziki şəxslərin depozitləri isə 112,1 milyon manat və ya 5,9% artaraq 2,2 milyard manata çatıb.

30 iyun 2023-cü il tarixinə ABB-nin 1 milyard 568 milyon 317 min manat məcmu kapitala malik olub. Yarım il ərzində ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 19.39%, məcmu kapitalının adekvatlıq əmsalı 21.35% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq sistem əhəmiyyətli banklar üçün 6% və 12%) yüksək qalmaqdadır.

31 dekabr 2022-ci il tarixində ABB-nin cəmi kapitalı 1,78 milyard manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 9,3% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR