Bank Of Baku

ABB yeni kampaniya keçirir

ABB yeni kampaniya keçirir
# 16 fevral 2022 17:46 (UTC +04:00)

ABB-dən "TamKart" almaq istəyənlərə gözəl bir təklif var. Bankın yeni kampaniyası ilə "TamKart" debet kartı əldə etmək daha da asanlaşıb. Belə ki, indi hesaba cəmi 100 manat mədaxil etməklə "TamKart Visa Classic Debet", yaxud "TamKart Mastercard Standard Debet" kartlarına pulsuz sahib olmaq mümkündür. İndiyə qədər bu kartları almaqdan ötrü hesaba 500 manat mədaxil etmək lazım gəlirdi. Kampaniya 31 marta qədər davam edəcək.

"TamKart" eyni vaxtda həm debet, həm də kredit kartı funksiyasını özündə birləşdirən kombo kartdır. Bu kart müştərilərə bankla tərəfdaş məkanlarda 24 ayadək hissə-hissə ödəniş və keşbək imkanları yaradır. Üstəlik, ABB-nin ATM-lərində 15 000 manatadək "TamKart" debitlə nağdlaşdırmaya görə heç bir komissiya haqqı tutulmur. "TamKart"ın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək və kartı onlayn sifariş vermək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR