Bank Of Baku

ABƏŞ mənfəət vergisi üzrə bu il dövlət büdcəsinə 583 mln. manatdan çox vəsait köçürüb

ABƏŞ mənfəət vergisi üzrə bu il dövlət büdcəsinə 583 mln. manatdan çox vəsait köçürüb
# 11 avqust 2021 11:25 (UTC +04:00)

Bu ilin ilk yarısında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) mənfəət vergisindən Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 583,1 mln. manat daxil olub.

"APA-Economics"in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, bu, dövlət büdcəsinin ilin ilk yarısındakı gəlirlərinin 5%-ni, təkcə neft gəlirlərinin isə 9,9%-ni təşkil edib. Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə SOCAR-dan isə 583,6 mln. manat daxil olub.

Beləliklə, Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə neft sektorundan 1,167 mlrd. manat daxil olub ki, bu da illik müqayisədə 5,5% çoxdur. Ümumilikdə isə (neft və qeyri-neft sektoru) Vergi Xidmətinin büdcə daxilolmalaranın həcmi 4 342 mln. manat təşkil edib (illik 8,4% artım).

Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Azərbaycan dövlət büdcəsinin gəlirləri 12 177 mlrd. manat proqnoza qarşı 11,755 mlrd. manat və ya 96,5% icra olunub. İlin I yarısında dövlət büdcəsinin 50,1%-ni və ya 5,896 mlrd. manatını qeyri-neft sektoru üzrə gəlirlər, 49,9%-ni və ya 5,863 mlrd. manatını isə neft sektoru üzrə gəlirlər təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR