Bank Of Baku

ABŞ-da inflyasiya qırxillik maksimuma çatıb

ABŞ-da inflyasiya qırxillik maksimuma çatıb
# 11 fevral 2022 11:01 (UTC +04:00)

Bu ilin yanvar ayında ABŞ-da istehlak qiymətləri (CPI indeksi) ötən ilin eyni ayı ilə müqayisədə 7,5% artıb. Bununla da, artım tempi 1982-ci ilin rekord göstəricisini yeniləyib.

"APA-Economics"in "The Wall Street Journal"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Əmək Nazirliyinin açıqlamasında deyilir.

Məlumata görə, ötən ay inflyasiya 2021-ci ilin dekabr ayına nisbətə 0,5 faiz bəndi sürətlənib. Bununla yanaşı, göstərici analitiklərin 7,3%-lik orta proqnozunu da üstələyib.

Yanvar ayında CPI indeksi əvvəlki ayla müqayisədə 0,6% artıb. Ekspertlər orta hesabla 0,4% artım gözləyirdilər.

2022-ci ilin ilk ayında ərzaq və enerji xərcləri istisna olmaqla qiymətlər ("Core CPI" indeksi) dekabr ayı ilə müqayisədə 0,6% artıb. İllik ifadədə artıb 6% təşkil edib ki, bu da 1982-ci ilin avqustundan bəri ən yüksək göstəricidir.

Ötən ay enerji resurslarının dəyəri əhəmiyyətli dərəcədə – illik ifadədə 27% (dekabrda 29,3% artımdan sonra), o cümlədən benzin 40% (dekabrda 49,6%) artıb.

Eyni zamanda, ərzaq məhsullarının qiymətlərinin artım sürəti dekabrda 6,3%-dən 7%-ə, yeni minik avtomobillərinin qiymətlərinin 11,8%-dən 12,2%-ə, ikinci əl minik və yük avtomobillərinin qiymətlərinin 37,3%-dən 40,5%-dək, habelə tibbi xidmətlər – 2,5%-dən 2,7%-ə qədər sürətlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR