Bank Of Baku

ABŞ-da işsizlik 3,6%-dək azalıb

ABŞ-da işsizlik 3,6%-dək azalıb
# 01 aprel 2022 17:28 (UTC +04:00)

ABŞ-da martda yeni iş yerlərinin açılması fonunda, ölkədə işsizlik nisbəti ikillik minimuma enərək 3,6% təşkil edib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu, fevral ayı ilə müqayisə 0,2 faiz bəndi azdır. Bununla da, ABŞ-ın maliyyə requlyatoru FED-in faiz dərəcələrini mayda daha 50 baza bəndi (0,5%) artıracağı ehtimalı artıb.

ABŞ Əmək Departamentinin statistikasına görə, təkcə mart ayında 431 min yeni iş yeri yaranıb.

Xatırladaq ki, FED ötən ay faiz dərəcəsini 25 baza bəndi (0,25%) artırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR