Bank Of Baku

ABŞ-ın büdcə profisiti yanvarda 118,7 mlrd. dollar təşkil edib

ABŞ-ın büdcə profisiti yanvarda 118,7 mlrd. dollar təşkil edib
# 11 fevral 2022 10:34 (UTC +04:00)

Bu ilin yanvarında ABŞ-ın büdcə profisiti 118,699 mlrd. dollar təşkil edib, halbuki ötən ilin analoji ayında 162,832 mlrd. dollarlıq kəsir qeyd alınmışdı.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, 2019-cu ilin sentyabrından bəri ilk dəfə müsbət saldo qeydə alınıb.

Büdcə gəlirləri bir il əvvəlki 384,651 mlrd. dollarla müqayisədə 20,9% artaraq 465,079 mlrd. dollara çatıb. O cümlədən fiziki şəxslərin gəlirləri üzrə vergi daxilolmaları 21% artıb.

Eyni zamanda, xərclər 2021-ci ilin yanvarında 547,483 milyard dollara qarşı 36,7% azalaraq 346,38 milyard dollar təşkil edib.

Bu arada, oktyabrın 1-də başlayan 2022-ci maliyyə ilinin dörd ayında ABŞ-ın büdcə kəsiri əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 65% azalaraq 259 mlrd. dollara çatıb.

Cari maliyyə ilinin əvvəlindən büdcəyə daxilolmaların həcmi 27,7% artaraq 1,517 trln. dollar təşkil edib. Xərclər 7,7% azalaraq 1,776 trln. dollar təşkil edib.

Sentyabrın 30-da başa çatan 2021-ci maliyyə ilinin sonunda ABŞ dövlət büdcəsinin mənfi saldosu 11,4% azalaraq 2,776 trln. dollar (və ya ÜDM-in 12,4%-i) təşkil edib. Halbuki bir il əvvəl büdcədə 3,1 trln. dollarlıq rekord kəsir var idi.

Sonuncu dəfə ölkədə büdcə profisiti 2001-ci ildə qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR