Bank Of Baku

ABŞ-ın dövlət borcu ilk dəfə 30 trln. dolları keçib

ABŞ-ın dövlət borcu ilk dəfə 30 trln. dolları keçib
# 02 fevral 2022 09:49 (UTC +04:00)

ABŞ-ın məcmu dövlət borcu tarixdə ilk dəfə olaraq 30 trln. dolları keçib.

"APA-Economics"in "The New York Times"a istinadən verdiyi xəbərə görə, ABŞ Maliyyə Nazirliyinin məlumatlarında əks olunub ki, məcmu dövlət borcu 30,012 trln dollar təşkil edib. Bildirilir ki, ölkənin COVID-19 pandemiyasına qarşı yönəltdiyi trilyonluq xərclər, o cümlədən işsizlik müavinətləri, kiçik biznesə güzəştlər və yardımlar, borcla maliyyələşdirilən 5 trln. dollar həcmində olan stimulaşdırıcı ödəmələr dövlət borcunun artmasında əsas pay sahibi olub.

Qeyd olunur ki, bir çox iqtisadçının ABŞ iqtisadiyyatını bərpa olması üçün zəruri gördüyü yüksək borc alma həcmləri, ölkəni ÜDM-in 100%-ni üstələyən borc yükünə salıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR