Bank Of Baku

ABŞ-ın xarici ticarət kəsiri 80,7 mlrd. dollara yüksəlib

ABŞ-ın xarici ticarət kəsiri 80,7 mlrd. dollara yüksəlib
# 08 fevral 2022 18:31 (UTC +04:00)

2021-ci ilin dekabr ayında ABŞ-ın xarici ticarət kəsiri noyabrdakı 79,3 mlrd. dollardan 80,7 mlrd. dollara yüksəlib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Ticarət Departamentinin açıqlamasında deyilir.

Ekspertlər orta hesabla ABŞ-ın ticarət kəsirinin noyabrda əvvəl elan edilmiş 80,2 mlrd. dollardan 83 mlrd. dollaradək artacağını gözləyirlər.

ABŞ-ın ticarət kəsiri sentyabrda qeydə alınmış 81,4 mlrd. dollarlıq tarixi maksimuma yaxınlaşıb.

Hesabat ayında idxal 20,5% artaraq rekord həddə – 308,9 mlrd. dollara, ixrac isə 18,5% artaraq 228,1 mlrd. dollara çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR