Bank Of Baku

ABŞ şirkətlərinin mənfəəti 45 illik maksimuma çatıb

ABŞ şirkətlərinin mənfəəti 45 illik maksimuma çatıb
# 31 mart 2022 11:37 (UTC +04:00)

Davam edən tədarük zənciri problemləri və işçi qüvvəsi çatışmazlığı səbəbindən artan xərclərə baxmayaraq, 2021-ci ilin IV rübündə ABŞ şirkətlərinin ümumi mənfəəti rekord səviyyəyə yüksəlib.

"APA-Economics" xəbər verir ki, ABŞ Ticarət Departamentinin məlumatına görə, vergilərdən əvvəl və birdəfəlik faktorlar nəzərə alınmadan ümumi mənfəət rüblük ifadədə 0,2% artaraq 2,53 trln. dollara çatıb.

İllik dərəcələr baxımından mənfəət III rüblə müqayisədə 0,7% artaraq 2,94 trln. dollara çatıb.

2020-ci ilə nisbətən korporativ mənfəətin artımı 25% təşkil edib ki, bu da 1976-cı ildən bəri ən yüksək göstəricidir.

2020-ci ildə ABŞ şirkətlərinin ümumi mənfəəti son 5 ildə ilk dəfə azalıb.

Korporativ mənfəətlə bağlı məlumatlar ABŞ Ticarət Departamentinin IV rüb üzrə ÜDM-in dinamikası haqqında hesabatı çərçivəsində açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR