"Accessbank" “Əlverişli” əmanət məhsulu üzrə faiz dərəcələrinin azaldılmasının səbəblərini açıqlayıb.
Bankdan "APA-Economics"ə bildirilib ki, “Əlverişli” əmanət üzrə faiz fərəcələri min manata qədər depozitlər üçün 0,1% səviyyəsində saxlanılıb, 1 000 – 30 000 manata qədər əmanətlər üzrə 4,5%-dən 3%-ə, 30 000 – 100 000 manata qədər məbləğə 5%-dən 3,5%-ə, 100 000 manatdan yuxarı depozitlər üzrə isə 6%-dən 4,5%-ə qədər azaldılıb. Azalmanın əsas səbəbi Mərkəzi Bank tərəfindən aparılan faiz siyasətinə uyğunlaşmasıdır (uçot dərəcəsi nəzərə alınmaqla) ki, bu da öz növbəsində bankların depozitlərə təklif etdiyi əmanət faizlərinə birbaşa təsir göstərir.
“Əlverişli” əmanətlər üzrə faiz dərəcələrinin azaldılmasının əsas səbəbi – faiz dərəcələrin mövcud bazar şəraitinə uyğunlaşdırılmasıdır.
Belə ki, "Əlverişli" əmanətlə nəinki yatırılan puldan, eləcə də yığılan faizlərdən də gəlir əldə etmək, istənilən vaxt depozit hesabını həm artırıb həm də sərbəst idarə etmək və ən əsası bağlanma zamanı cərimə faizi olmadan əldə etməyə imkanı yaradılır. Bundan əlavə, “Əlverişli” əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. "Əlverişli" əmanətin üstünlükləri ilə daha ətraflı linkə keçid edib tanış ola bilərsiniz: https://www.accessbank.az/az/private/deposits/instaccess/
Qeyd edək ki, AccessBank 2023-cü il nəticələrinə görə 39.8 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici 2022-ci ildə 15.0 milyon manat təşkil edib. Bankın kapital dayanıqlığı göstəricisi daha da möhkəmlənmiş və məcmu kapitalı 41.9% və ya 42.3 milyon manat artaraq 143.5 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 2.9 dəfə çoxdur. Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Bankın depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və 2023-cü ilin sonuna 1 051.6 milyon manat təşkil edir ki, bu da 2022-ci illə müqayisədə 22.3% çoxdur. Əhalinin müddətli əmanətləri ilin əvvəlindən 20.9% artıb və 722.1 milyon manata çatıb. Bankın aktivləri 1.4 milyard manata yüksəlib ki, bu da 2022-ci illə müqayisəsədə 19.1% çoxdur.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.