Bank Of Baku

“AccessBank” geri satın alınmış imtiyazlı səhmlərini ləğv edib

“AccessBank” geri satın alınmış imtiyazlı səhmlərini ləğv edib
# 27 dekabr 2024 15:14 (UTC +04:00)

“AccessBank” QSC geri satın alınmış imtiyazlı səhmlərin dövriyyədən çıxarıb və ləğv edib.

APA-Economics” bu barədə banka istinadən xəbər verir. Məlumata görə, “Accessbank” hər birinin nominal dəyəri 1 manat, ümumi nominal dəyəri və ümumi dəyəri 11 mln. 388 min 889 manat geri satın alınmış ( 11 mln. 388 min 889 ədəd) AZ3002004282 və AZ3001004283 dövlət qeydiyyat nömrəli qeyri-kumulyativ, sənədsiz, adlı imtiyazlı səhmlərin dövriyyədən çıxarıb və ləğv edib.

Qeyd edilib ki, bu, Bankın Səhmdarlarının Ümumi Yığıncağının 29 may 2024-cü il tarixli qərarına əsasən həyata keçirilib.

Səhmlərin geri satın alınması prosesi Mərkəzi Bankın yazılı razılığı əsasında 24 iyul 2024-cü il tarixində başlayıb və 9 dekabr 2024-cü il tarixində başa çatıb. Bank tərəfindən geri satın alınmış imtiyazlı səhmlər üzrə ödəniş imtiyazlı səhmdarların hesablarına köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR