Bank Of Baku

"AccessBank"ın aktivləri 150 milyon manata yaxın artıb - Hesabat

"AccessBank"ın aktivləri 150 milyon manata yaxın artıb - Hesabat
# 26 iyul 2023 11:10 (UTC +04:00)

"AccessBank" 2023-cü ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında "AccessBank"ın xalis mənfəəti illik müqayisədə 10.6 dəfə artaraq 19 milyon 469 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 1 milyon 840 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 41% artaraq 90.2 milyon manat, faiz xərcləri isə 27.9% artaraq 34.3 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 8.3 milyon manata ( illik müqayisədə 81.1% çox), qeyri-faiz xərcləri isə 39.8 milyon manata ( illik müqayisədə 14.4% çox) bərabər olub. Beləliklə bank 24.4 milyon manat əməliyyat mənfəəti qazanıb ki, bu da illik müqayisədə 3.5 dəfə və ya 17.4 milyon manat artım deməkdir.

Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 12.7% və ya 148.4 milyon manat artaraq 1 milyard 317,3 milyon manata yüksəlib. Cari ilin ilk 6 ayında "AccessBank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 15.5% və ya 125.7 milyon manat artaraq 939.2 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 223.2 milyon manat ( illik müqayisədə 28.2% çox), biznes kreditləri 710.7 milyon manat ( illik müqayisədə 12.1% çox), daşınmaz əmlak kreditləri isə 5.2 milyon manat ( illik müqayisədə 1.3% az) təşkil edib.

Bu dövrdə "AccessBank"ın cəmi öhdəlikləri 1 milyard 183.8 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 12% və ya 127.7 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 14.6% və ya 125.5 milyon manat artaraq 985.5 milyon manata çatıb. Şirkətlərin bankdakı əmənətləri 47.9 milyon manat və ya 34% artaraq 188.9 milyon manat, fiziki şəxslərin depozitləri isə 77.6 milyon manat və ya 10.8% artaraq 796.6 milyon manat olub.

2023-cü il iyul ayının 1-nə "AccessBank"ın cəmi kapitalı 18.3% və ya 20.6 milyon manat artaraq 133.4 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR