Bank Of Baku

ADB Azərbaycanın daxil olduğu CCA regionunun iqtisadi artım proqnozunu açıqlayıb

ADB Azərbaycanın daxil olduğu CCA regionunun iqtisadi artım proqnozunu açıqlayıb
# 19 iyul 2023 08:51 (UTC +04:00)

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın daxil olduğu Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə (CCA) üzrə iqtisadi artım proqnozlarını azaldıb.

"APA-Economics" xəbər verir ki, bu barədə ADB-nin Asiya ölkələrinin iqtisadi artım proqnozu ilə bağlı hesabatında bildirilib.

Bank qeyd edib ki, Azərbaycanda neft hasilatının gözləniləndən çox azaldığını nəzərə alaraq ADB 2023-cü ildə CCA-in iqtisadi artım proqozunu 4,4%-dən 4,3%-ə, 2024-cü ildə isə 4,6%-dən 4,4%-ə qədər endirib.

ADB həmçinin, regionun inflyasiya proqnozunu aprel hesabatı ilə müqayisədə 2023-cü il üzrə 10,3%-dən 10,6%-ə, 2024-cü il üzrə isə 7,5%-dən 7,8%-dək artırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR