Bank Of Baku

“AFB Bank”ın xalis mənfəəti artıb - Hesabat

“AFB Bank”ın xalis mənfəəti artıb - Hesabat
# 21 iyul 2022 17:36 (UTC +04:00)

“AFB Bank” ASC 2022-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” xəbər verir ki, bu dövrdə bankın xalis mənfəəti artıb. Belə ki, faiz gəlirləri 8,442 milyon manat (2022-ci ilin eyni dövrünə nisbətən 31,2% çox), faiz xərcləri 1,250 milyon manat (49,2% çox), xalis faiz gəlirləri isə 7,191 milyon manat (26,7% çox) olub.

Bankın qeyri-faiz gəlirləri 23,1% artaraq 4,877 milyon manata, qeyri-faiz xərcləri 4,3% artaraq 7,317 milyon manata çatıb. “AFB Bank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmaları 3,921 milyon manat azaldılıb, mənfəət vergisi isə ödəməyib. Son nəticədə bank bu ilin ikinci rübünü 8,673 milyon manat xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6% çoxdur. Belə ki, 2021-ci ilin eyni dövründə bank 8,183 milyon manat xalis mənfəət açıqlamışdı.

Bu ilin iyulun 1-nə Bankın cəmi aktivləri 1,8% azalaraq 267,743 milyon manat təşkil edib, kredit portfeli isə 7,7% böyüyüb. Belə ki, müştərilərə verilmiş kreditlərin həcmi 153,792 milyon manata çatıb.

Bu dövrdə bankın cəmi öhdəlikləri 2,6% azalaraq 186,799 milyon manata, cəmi kapitalı isə 1,2% azalaraq 80,943 milyon manata enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR