Ağdərə rayonunun yaradılmasıyla əlaqədar büdcə layihəsində dəyişiklik edilib, Bakı və Laçınla bağlı xərclər artırılıb

Ağdərə rayonunun yaradılmasıyla əlaqədar büdcə layihəsində dəyişiklik edilib, Bakı və Laçınla bağlı xərclər artırılıb
# 01 dekabr 2023 11:29 (UTC +04:00)

Ağdərə rayonunun yaradılmasıyla əlaqədar büdcə layihəsində dəyişiklik edilib, Bakı və Laçınla bağlı xərclər artırılıb.

APA xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycanda yeni rayon yaradılıb və bununla əlaqədar dövlət büdcəsi layihəsində korrektələrə ehtiyac yaranıb.

Nazir qeyd edib ki, yeni Ağdərə rayonunun təsis edilməsi ilə bağlı dövlət büdcəsi layihəsinin 5-ci maddəsinə həmin rayonun adı əlavə ediləcək: “Meliorasiyaya ayrılan vəsaitin 7,3 milyon manatı azaldılacaq, müvafiq olaraq həmin vəsaitin elm xərcləri bölməsinə əlavə ediləcək. Bununla yanaşı, cari ildə qəbul edilmiş minimum əməkhaqqı üzrə qərarların icrası ilə əlaqədar Bakı şəhərinin yerli xərclərində, eyni zamanda, Laçın rayonunun yerli xərclərində bəzi düzəlişlərin edilməsinə ehtiyac var. Bakı şəhərinin yerli xərclərinin 2,3 milyon, Laçın rayonunun yerli xərclərinin 100 min manat artırılması nəzərə alınacaq”.

Qeyd edək ki, qeyd olunan xərc istiqamətləri üzrə dəyişikliklərdən sonra gələn il üçün dövlət büdcəsinin ümumi gəlir və xərcləri dəyişməyəcək. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763000,0 min manat olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR