AİB: Azərbaycan gömrük, ticarətin asanlaşdırılması, ticarət siyasəti sahələrində çox aktivdir

AİB: Azərbaycan gömrük, ticarətin asanlaşdırılması, ticarət siyasəti sahələrində çox aktivdir
# 30 noyabr 2023 13:08 (UTC +04:00)

Azərbaycan Asiya İnkişaf Bankının “CAREC” (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) proqramının çox aktiv ölkəsidir və biz bunu yüksək dəyərləndiririk.

Bunu APA-nın Tbilisi müxbirinə açıqlamasında Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Departamentinin Regional Əməkdaşlıq və İnteqrasiya Komandasının rəhbəri Lyaziza Sabirova deyib. O, Azərbaycanın Orta Dəhlizin vacib ölkəsi olduğunu, nəqliyyat dəhlizlərinin və ticarətin şaxələndirilməsi istiqamətində vacib layihələr həyata keçirdiyini vurğulayıb.

“Azərbaycan “CAREC” Regional Əməkdaşlıq Proqramının çox aktiv ölkəsidir və biz bunu çox yüksək dəyərləndiririk. Əlbəttə ki, Azərbaycan “Orta Dəhlizin” vacib ölkəsidir. Bu gün biz “CAREC”in nazirlər toplantısında ticarət və “Orta Dəhliz” də daxil olmaqla nəqliyyat dəhlizlərinin şaxələndirilməsini müzakirə edəcəyik. Asiya İnkişaf Bankı bu istiqamətdə artıq bir çox layihələr həyayata keçirir, məsələn Gürcüstan və Azərbaycan arasında birgə gömrük-keçid məntəqəsi. Bu da “Orta dəhliz”in bir hissəsidir. Görülməli olan işlər çoxdur. Biz çoxlu qiymətləndirmə və təhlil işləri aparırıq və bu çox vacibdir. Azərbaycan bir çox aspektlərdə çox aktivdir, məsələn gömrük, ticarətin asanlaşdırılması, ticarət siyasəti və.s. Biz eyni zamanda səhiyyə sektorunda fəaliyyət göstəririk. Bir sözlə Azərbaycan “CAREC” proqramının vacib üzvüdür”, - ADB nümayəndəsi bildirib.

Qeyd edək ki, bu gün Tbilisidə “CAREC” Regional Əməkdaşlıq Proqramının 22-ci nazirlər konfransı keçirilir. Tədbirin açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, həmçinin iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, eləcə də üzv ölkələrdən rəsmiləri iştirak edib. Azərbaycanı beynəlxalq tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirov və digər hökumət nümayəndələri təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR