Bank Of Baku

AİB: Azərbaycanın cari əməliyyat balansı profisitli qalacaq

AİB: Azərbaycanın cari əməliyyat balansı profisitli qalacaq
# 20 sentyabr 2023 10:26 (UTC +04:00)

Yüksək neft qiymətləri 2023-cü ilin birinci rübündə Azərbaycanın cari əməliyyatlar hesabını ÜDM-in 10%-nə bərabər profisitə gətirib çıxarıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatında bildirilib. Bununla belə, əmtəə ticarəti profisiti 2022-ci ilin birinci rübündəki 5.4 milyard dollardan bir il sonra idxalın artması ilə 4.7 milyard dollara qədər azalıb. Beləliklə, idxal 40.5% artdığı halda, neft ixracı isə 10.4% azalıb.

Qeyd edilib ki, Azərbaycanın ixrac həcmi "OPEC+"-la razılaşdırılmış kvotadan aşağı olub.

"Cari əməliyyatlar balansının profisitdə qalacağı proqnozlaşdırılır ki, bu da OPEC+ alyansının təklifi sərtləşdirməklə neftin qiymətini artırmaq qərarını əks etdirir"- AİB əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR