Bank Of Baku

AİB Azərbaycanın yerləşdiyi regionun iqtisadi artım proqnozunu artırıb

AİB Azərbaycanın yerləşdiyi regionun iqtisadi artım proqnozunu artırıb
# 13 dekabr 2023 16:35 (UTC +04:00)

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın daxil olduğu Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə (CCA) üzrə iqtisadi artım proqnozunu artırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə ADB-nin Asiya ölkələrinin iqtisadi artım proqnozu ilə bağlı hesabatında bildirilib.

Bank 2023-cü il üzrə CCA-in iqtisadi artım proqnozunu Qazağıstandakı sürətli iqtisadi artım fonunda 4,3%-dən (iyul proqnozu) 4,8%-ə, 2024-cü ildə isə 4,4%-dən 4,6%-ə qədər yüksəldib.

ADB həmçinin, regionun inflyasiya proqnozunu iyul hesabatı ilə müqayisədə 2023-cü il üzrə 10,6%-dən 10,9%-ə, 2024-cü il üzrə isə 7,8%-dən 8,4%-dək artırıb.

ADB həmçinin, bu ilin doqquz ayı üzrə Azərbaycanda iqtisadi artımın 0,8%-ə qədər azaldığını qeyd edib. Bunun isə neft hasilatının azalması və xidmət sektorunda azalma ilə əlaqələndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR