Bank Of Baku

"Airbus"ın xalis mənfəəti tarixi maksimuma çatıb

"Airbus"ın xalis mənfəəti tarixi maksimuma çatıb
# 17 fevral 2022 15:21 (UTC +04:00)

"Airbus" korporasiyasının xalis mənfəəti 2021-ci ildə 4,2 mlrd. avro təşkil edib ki, bu da şirkətin tarixində rekord göstəricidir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Airbus" açıqlamasında deyilir.

Şirkətin maliyyə hesabatına görə, "Airbus"ın dividendləri hər səhmə görə 1,5 avroya çatıb. Ümumi gəlir 52,1 mlrd. avro təşkil edib. Halbuki şirkət 2020-ci ili 1,1 mlrd. avro xalis zərər və 49,9 mlrd. avro gəlirlə başa vurub.

Cari maliyyə göstəriciləri artan kommersiya təyyarələrinin tədarükü, eləcə də helikopter, müdafiə və kosmik bölmələrin yaxşı göstəricilərindən qaynaqlanır.

Korporasiya 2020-ci ildəki 566 kommersiya təyyarəsi ilə müqayisədə 2021-ci ildə 611 avialayner tədarük edib, sifarişlərin əksəriyyəti A320 təyyarələrinə olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR