Ötən il ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) vasitəsilə kənd təsərrüfatı təyinatlı texnikanın alınması üçün 3 828 müraciət üzrə 80 mln. manat güzəştli kredit ayrılıb.
"APA-Economics" xəbər verir ki, bunu "Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti" adlı konfransda çıxış edən AKİA-nın sədr müavini Leyla Məmmədova deyib.
Onun sözlərinə görə, bununla yanaşı, 140,7 mln. manat kredit məbləği ödənilib.
"Damazlıq heyvanların alınması üzrə 200 müraciət üzrə 17 mln. manat güzəştli kredit, eyni zamanda 264,4 min manat kredit ayrılıb", - deyə L. Məmmədova qeyd edib.
O həmçinin əlavə edib ki, ötən il ərzində 500 mindən artıq fermer təsərrüfatına 6 istiqamət üzrə ümumilikdə 310 mln. manat subsidiya ayrılıb.