Bank Of Baku

Alim Quliyev: AMB-nin elektron ödəmə sistemləri ilə keçirilən ödənişlər bu il 200 mlrd. manata yaxın olub

Alim Quliyev: AMB-nin elektron ödəmə sistemləri ilə keçirilən ödənişlər bu il 200 mlrd. manata yaxın olub
# 06 noyabr 2019 10:01 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Mərkəzi Bankının (AMB) yaratdığı elektron ödəmə sistemləri vasitəsi ilə keçirilən ödənişlərin həcmi artıq 200 mlrd. manata yaxın olub.

"APA-Economics"in məlumatına görə, bunu IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən AMB-nin İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, nağdsız hesablaşmalarda, o cümlədən kart ilə həyata keçirilən hesablaşmaların həcmi cari ildə 59% artıb və 3,3 mlrd. manat təşkil edib.

A. Quliyev əlavə edib ki, elektron ticarətdə müsbət nəticələr müşahidə olunub. Belə ki, cari ildə elektron ticarətin həcmi 2 dəfə yaxın artıb və 2,2 mlrd manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR