“Alliance Business Centre” QSC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Alliance Business Centre” QSC-nin xalis mənfəəti 2 dəfə artaraq 38 min 331 manat təşkil edib. 2021-ci ildə şirkət 18 min 538 manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə şirkətin əsas əməliyyat gəlirləri əvvəlki illə müqayisədə 25.4% artaraq 259.2 min manata, satışın maya dəyəri isə 50.5% artaraq 184.6 min manata yüksəlib. Bu dövrdə şirkət 76 min manat əməliyyat mənfəəti əldə edib ki, 2021-ci illə müqayisədə 18.2% azdır.
2022-ci ildə şirkətin cəmi aktivləri 4 dəfə və ya 1 milyon 278.4 min manat artaraq 1 milyon 707,1 min manat, cəmi öhdəlikləri isə 272 dəfə və ya 1 milyon 255,4 min manat artaraq 1 milyon 260.1 min manat təşkil edib.
394 min 898 manat nizamnamə kapitalına malik olan “Alliance Business Centre” QSC-nin cəmi kapitalı 01.01.2023 tarixinə 447 min manat olub ki, bu da illik müqayisədə 5.4% çoxdur.