Almaniyada Aİ standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri mart ayında illik ifadədə 7,6% artıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsinin ("Destatis") ilkin məlumatlarında deyilir.
"Bloomberg"in sorğusuna qatılan analitiklər orta hesabla 6,8%-lik, "Trading Economics"in respondentləri isə 6,7%-lik artım gözləyirdilər.
Fevralda ölkədə inflyasiya 5,5% təşkil edib.