Bank Of Baku

AMB: Azərbaycanda ipoteka kreditlərinə tələb artacaq

AMB: Azərbaycanda ipoteka kreditlərinə tələb artacaq
# 19 iyun 2023 12:15 (UTC +04:00)

2023-cü ilin I rübündə İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vəsaiti və bankların daxili resursları hesabına verilən ipoteka standartları üzrə yumşalma tempində səngimə müşahidə edilib.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankının keçirdiyi kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.

Qeyd edək ki, cari ilin I rübü ərzində İKZF hesabına verilən ipoteka kreditlərinə tələb əhəmiyyətli dərəcədə artmış, bankların daxili resursları hesabına verilən ipoteka kreditlərinə tələbdə isə dəyişiklik olmayıb.

Banklar 2023-cü ilin II rübündə həm İKZF, həm də daxili resurslar hesabına veriləcək kreditlərə tələbin yüksək olmasını və kredit siyasətinin yumşalacağını gözləyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR