2024-cü ilin birinci rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisiti 1,7 mlrd. dollar təşkil edib.
"APA-Economics" xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
Onun sözlərinə görə, cari əməliyyatlar hesabının ÜDM-də payı 10,1 % təşkil edib.
Neft-qaz sektoru üzrə CƏH-in profisiti 3,6 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏH-in kəsiri 1.9 mlrd. dollar məbləğində olub.
Qeyd edək ki, Mərkəzi Bank 2024-cü ilin yekunu üzrə cari əməliyyatlar hesabının profisitli olacağını proqnozlaşdırır.