Bank Of Baku

AMB "Bank Respublika"ya icrası məcburi sərəncam verib

AMB "Bank Respublika"ya icrası məcburi sərəncam verib
# 07 may 2026 11:19 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı "Bank Respublika" ASC-yə icrası məcburi sərəncam verib.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, “Bank Respublika” ASC müştəri köçürmələrinin və inkasso sərəncamının icrası zamanı “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın tələblərini pozub.

Bununla əlaqədar, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq Mərkəzi Bank tərəfindən “Bank Respublika” ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi və məsul şəxslər barədə qanunvericiliyə müvafiq tədbirlərin görülməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR