Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilən depozit hərracının nəticələri açıqlanıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, noyabrın 4-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 558,7 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.
Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.