Bank Of Baku

AMB lombard şirkətini və onun vəzifəli şəxsini cərimə edib

AMB lombard şirkətini və onun vəzifəli şəxsini cərimə edib
# 09 dekabr 2024 17:14 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən "Güvənli” MMC və onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə “APA-Economics” AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən aparılmış tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən lombard fəaliyyəti ilə məşğul olan "Güvənli" MMC və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən müvafiq olaraq 20 min manat və 2 min manat məbləğində cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR