Bank Of Baku

AMB-nin Baş direktoru: "Rusiyada əmlaklarını satan vətəndaşlar vəsaiti Azərbaycana köçürürlər"

AMB-nin Baş direktoru: "Rusiyada əmlaklarını satan vətəndaşlar vəsaiti Azərbaycana köçürürlər"
# 28 oktyabr 2022 14:13 (UTC +04:00)

"Azərbaycana pul köçürmələrində artım müşahidə edilir. Banklarla kommunikasiya və müşahidələrimiz onu göstərir ki, artım Rusiyada yaşayan azərbaycanlıların köçürmələri ilə əlaqədardır".

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev deyib.

O bildirib ki, Rusiyada mənzil və digər əmlaklarını satan vətəndaşlar vəsaitlərini Azərbaycana köçürürlər.

Rusiya və digər ölkə vətəndaşlarına Azərbaycanda bank hesabları açılması məsələsinə gəlincə, T. Əliyev deyib ki, AMB-nin banklarda hesabların açılması ilə bağlı qaydalarına əsasən rezidentlərin qeyri-rezidentlərə hesabların açılması müddəaları müəyyən edilib. Banklar xarici vətəndaşlara hesab açarkən bu qaydaları nəzərə almalıdır. "Mərkəzi Bank tərəfindən Rusiya vətəndaşlarına kart açılması ilə bağlı banklara hər hansı bir təlimat verilməyib", - deyə AMB-nin Baş direktoru əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR