2022-ci ilin martın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 7 136,5 mln. ABŞ dolları təşkil edib.
"APA-Economics"in AMB-nin hesabatına istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ay ilə müqayisədə 0,3% azalsa da, illik müqayisədə isə 12,3% artıb.
İlin əvvəlindən ehtiyatlar 0,9% artım göstərib.