Bank Of Baku

AMB-nin sədri: Manatın tam "üzən məzənnə"yə keçidi inflyasiyanın hədəflənməsi rejiminə keçidindən asılıdır

AMB-nin sədri: Manatın tam "üzən məzənnə"yə keçidi inflyasiyanın hədəflənməsi rejiminə keçidindən asılıdır
# 25 oktyabr 2019 11:55 (UTC +04:00)

Azərbaycanda manatın tam "üzən məzənnə"yə keçid perspektivi inflyasiyanın hədəflənməsi rejiminə keçidindən asılıdır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

"Bu gün açıq demək lazımdır ki, defakto sabit məzənnə inflyasiyanın ən başlıca lövbəridir. Biz bilirik ki, bu gün əhəmiyyətli dərəcədə istehlak malları idxal edirik və onların istehlak səbətində payı olduqca yüksəkdir. Bu gün Azərbaycanda aşağı inflyasiya varsa, onun ən başlıca səbəblərindən biri məzənnə və onun gözləntilərinin sabitliyidir", - deyə E. Rüstəmov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR