Bank Of Baku

AMB növbəti il üçün iqtisadi artım proqnozunu açıqlayıb

AMB növbəti il üçün iqtisadi artım proqnozunu açıqlayıb
# 28 dekabr 2023 09:43 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə real iqtisadi artım tempinin 3-3,5% civarında olmasını gözləyir.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Məlumata görə, o cümlədən qeyri-neft-qaz sektorunda 5-5,5% civarında iqtisadi artım proqnozlaşdırılır.

Hesabatda bildirilib ki, Mərkəzi Bankın son proqnozlarına görə davam edən pul siyasəti nəzərə alınmaqla 2024-cü ildə illik inflyasiyanın 5-5.5% civarında olacağı gözlənilir. İnflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcəkdir. Mərkəzi Bank 2024-cü ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını müntəzəm yeniləyəcəkdir. Ümumi inflyasiya ilə yanaşı baza inflyasiyanın da dinamikası davamlı şəkildə təhlil olunacaq, inflyasiya gözləntilərinin qiymətləndirilməsi işi davam etdiriləcəkdir.

Qeyd olunub ki, növbəti ildə də işğaldan azad edilmiş ərazilərdə iri miqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət impulslar verəcəkdir. Ölkədə makroiqtisadi sabitliyin qorunması iqtisadi artım proqnozunun reallaşmasının əsas şərtlərindən biri olaraq qalacaqdır. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və aparıcı reytinq agentliklərinin də Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntiləri nikbindir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR