Bank Of Baku

AMB qaydaları pozan bank və maliyyə təşkilatlarının adlarını açıqlayacaq

AMB qaydaları pozan bank və maliyyə təşkilatlarının adlarını açıqlayacaq
# 26 iyul 2023 12:56 (UTC +04:00)

Mərkəzi Bank bu aydan etibarən cəzalandıracağı maliyyə qurumlarının adlarını rəsmi internet səhifəsi vasitəsilə açıqlayacaq.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrlərinin müəyyən edilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında sədr Taleh Kazımov deyib.

AMB sədrinin sözlərinə görə, bu, Azərbaycanda ilk təcrübədir.

"Yeni internet səhifəsi işə düşəcək. Bu səhifədə qanun və qaydaları pozan maliyyə təşkilatlarının adları, tətbiq edilən cərimə və sanksiyalar açıqlanacaq. Biz istəyirik ki, maliyyə istehlakçılarının hüquqları daha yüksək səviyyədə qorunsun", - T. Kazımov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR