Bank Of Baku

AMB qeyri-bank hüquqi şəxslərin mülkiyyətində olan notların həcmini açıqlayıb

AMB qeyri-bank hüquqi şəxslərin mülkiyyətində olan notların həcmini açıqlayıb
# 21 iyun 2023 11:25 (UTC +04:00)

Mərkəzi Bankın notları üzrə investor bazasının genişləndirilməsi barədə müvafiq qərarın qəbulundan sonra banklarla yanaşı buraxılış şərtlərində müəyyən olunmuş meyarlara cavab verən qeyri-bank hüquqi şəxslər də hərraclarda iştirak etməyə başlayıb.

"APA-Economics" xəbər verir ki, bu barədə AMB-dən bildirilib. Qeyd edilib ki, hazırda Mərkəzi Bankın dövriyyədə olan notlarının 7%-dən çox hissəsi qeyri-bank hüquqi şəxslərin mülkiyyətindədir. "Not hərraclarında rəqabət mühitini optimallaşdırmaq, investor inamını artırmaq məqsədilə Mərkəzi Bankın notlarının yerləşdirilməsi şərtlərinə əlavə dəyişikliklər edilib" - Mərkəzi Bankın açıqlamasında bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR