20 iyul 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
Bu barədə "APA-Economics"ə Mərkəzi Bankdan bildirilib.
Məlumata görə, hərracda tələb 41.5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, bu göstərici ötən hərracdan 29.3% çoxdur. Belə ki, iyulun 18-da keçirilən valyuta hərracında banklar 32.1 milyon dollar alış həyata keçirib.
Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.