Bank Of Baku

AMB və Dünya Bankı arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib

AMB və Dünya Bankı arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib
# 23 yanvar 2024 15:32 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov Dünya Bankının (DB) nümayəndə heyəti ilə görüşüb.

APA-Economics” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsində bildirib.

“Görüş zamanı DB-nin Azərbaycandakı cari fəaliyyəti, yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (ÖTÇ) (2025-2028) hazırlanması istiqamətində görülən işlər, yeni ÖTÇ-nin əhatə edəcəyi strateji istiqamətlər, investisiya layihələri, o cümlədən ölkəmizin inkişaf prioritetləri və planları üzrə fikir mübadiləsi apardıq.

Eyni zamanda, Mərkəzi Bank və DB arasında gələcək əməkdaşlıq perspektivlərini və həyata keçirilən texniki yardım layihələrini müzakirə etdik”.-deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR