"Amrahbank" ASC bu ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını açıqlayıb.
"APA-Economics"in sözügedən hesabata istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrünü 10 282 min manat zərərlə başa vuran bank, cari ilin yanvar-sentyabr aylarına 8 196 min manatlıq zərərlə yekun vurub.
Hesabat dövründə "Amrahbank"ın cəmi aktivləri 195 319 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% azdır.
Hesabat dövründə bankın cəmi öhdəlikləri 2018-ci ilin yanvar-sentyabr ayına nisbətən 0,7% azalaraq 183 825 min manat təşkil edib.
Əlavə olaraq, bankın kredit portfeli 2018-ci ilin sentyabrın 30-na olan göstərici ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövrünü ilə müqayisədə 10,1% çoxalaraq 115 456 min manata yüksəlib.