Bank Of Baku

“Anglo Asian Mining”in Azərbaycanda qızıl hasilatı kəskin azalıb

“Anglo Asian Mining”in Azərbaycanda qızıl hasilatı kəskin azalıb
# 13 iyul 2023 16:30 (UTC +04:00)

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən şirkəti “Anglo Asian Mining PLC” şirkəti 2023-cü ilin ilk yarısı üzrə göstəricilərini açıqlayıb.

"APA-Economics" xəbər verir ki, 23 391 unsiya (metal qiymətləri əsasında) qiymətli metal hasil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 18,6% azdır.

2022-ci ilin il yarısında bu rəqəm 28 722 unsiya təşkil edib. Ümumi hasilatın 12 422 unsiyası ilin ikinci rübünə (aprel-iyun) aiddir. Mis hasilatına daha çox fokuslanan "Anglo Asian" 2023-cü ilin ilk yarısında 1 860 ton həcmində mis hasil edilib. Başqa sözlə, şirkətin mis hasilatı 42% artıb.

Mədən şirkətinin qızıl hasilatı isə azalmaqda davam edir. Belə ki, 2022-ci ildə 20 906 unsiya qızıl hasil edən şirkətin hasilatın bu ilin ilk yarısında 14 608 unsiyaya qədər enib. Başqa sözlə, qızıl hasilatı 30,1% azalıb.

Qeyd edək ki, qızılın birjalarda spot qiyməti bir unsiya üçün 1960 ABŞ dollarıdır.

Şirkət həmçinin, 2023-cü ilin birinci yarısında 44 576 unsiya (2022-ci ilin I yarısı: 99 548 unsiya) gümüş hasil edib ki, bu da 2,2 dəfə azalma deməkdir.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.

Şirkətin adı son dövrlər Söyüdlü kəndində “Gədəbəy” yatağından qızıl hasilatı və emalı müəssisəsinin çirkab suları üçün ikinci süni gölün yaradılmasına etirazlarla bağlı hallanmışdı. Prezident İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bununla bağlı baş verənləri “qəbuledilməz” adlandırmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyini tənqid edib və bildirmişdi ki, ikinci tullantı gölünün qurulması ciddi araşdırılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR