Bank Of Baku

AÖS-lə aparılan ödənişlərin həcmi yanvar-fevralda kəskin artıb

AÖS-lə aparılan ödənişlərin həcmi yanvar-fevralda kəskin artıb
# 25 mart 2022 12:29 (UTC +04:00)

2020-ci ilin oktyabr ayından istifadəyə verilmiş Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə bu ilin yanvar-fevral aylarında həyata keçirilən ödənişlərin sayı 34 min, həcmi isə 62 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Təkcə fevral ayında 31 mln. manat həcmində ödənişlər reallaşıb ki, bu da aylıq müqayisədə dəyişməz qalsa da, illik müqayisədə 2,4 dəfə çoxdur.

Qeyd edək ki, ötən il ərzində AÖS vasitəsilə 117 min tranzaksiya çərçivəsində 280 mln. manat həcmində ödəniş həyata keçirilib.

Xatırladaq ki, AÖS-ün "AniPay" mobil tətbiqinin funksionallığının genişləndirilməsi davam edir və "QR kod" nağdsız ödəniş imkanı ötən il yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR