Bank Of Baku

"APA-Economics"in əməkdaşı ASA-nın keçirdiyi müsabiqənin qaliblərindən olub - FOTO

"APA-Economics"in əməkdaşı ASA-nın keçirdiyi müsabiqənin qaliblərindən olub - FOTO
# 21 iyul 2023 16:09 (UTC +04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə jurnalistlər arasında təşkil olunmuş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırması mərasimi keçirilib.

"APA-Economics" xəbər verir ki, “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunmuş yazı müsabiqəsində I, II və III yerlər üzrə qaliblərə xüsusi plaket və pul mükafatları, müsabiqədə iştirak edən digər 2 jurnalistə isə sertifikat və həvəsləndirici hədiyyələr təqdim olunub.

Yazı müsabiqəsində “APA” İnformasiya Agentliyinin iqtisadiyyat müxbiri Rahim Tarıverdiyev 2-ci yerə layiq görülüb.

Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR