Bank Of Baku

“Aqrarkredit” balansındakı qızıl-ziynət əşyalarını satışa çıxarıb

“Aqrarkredit” balansındakı qızıl-ziynət əşyalarını satışa çıxarıb
# 04 aprel 2025 09:31 (UTC +04:00)

Dövlətə aid bank olmayan kredit təşkilatı (BOKT)“Aqrarkredit” QSC balansında olan bəzi aktivlərin satışına başlayır.

"APA-Economics" bu barədə BOKT-yə istinadən xəbər verir. Məlumata görə, “Aqrarkredit” əsasən balansında olan qızıl-ziynət əşyaları satışa çıxarıb.

Satış prosesi 5 may 2025-ci il, saat 14:00-da “Aqrarkredit” QSC-nin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 ünvanında yerləşən baş ofisində keçiriləcək.

Qeyd edilib ki, alıcılar satışa çıxarılan qızıl-ziynət əşyalarının növləri, çeşidləri və hər bir lot üzrə qiymətləri ilə öncədən həmin ünvanda tanış ola bilərlər.

Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 45,339 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR