Bu ilin I rübündə Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən keçirilən valyuta hərraclarında 1,625 mlrd. ABŞ dolları məbləğində vəsait satılıb.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankı (AMB) və ARDNF-nin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin IV rübü ilə müqayisədə 31,8% az olsa da, 2021-ci ilin analoji rübü ilə müqayisədə isə 9,8% artıb.
Təkcə mart ayında isə 526,2 mln. dollar satılıb ki, bu da fevral ayı ilə müqayisədə 41,7%, ötən ilin mart ayı ilə müqayisədə 32,3% çoxdur.
Qeyd edək ki, 2021-ci ildə keçirilən valyuta hərraclarında 6,688 mlrd. ABŞ dolları məbləğində vəsait satılıb ki, bu da 2020-ci il ilə müqayisədə 8,4% azdır.