Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında bu ilin sentyabrın 30-na birinci yerdə (39,4% ilə) AAA reytinqli investisiya alətləri qərarlaşıb.
"APA- Economics"in ARDNF-in 2019-cu ilin 9 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, investisiyaların 29,8%-i A reytinqli, 18,9%-i AA reytinqli, 10,5%-i BBB reytinqli, 1,4%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.
Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 31,6%-i 0-1 il, 38,6%-i 1-3 il, 20,1%-i 3-5 il,9,7%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib.
Qeyd edək ki, ARDNF-in cəmi investisiya portfeli 42 524,30 mln. manata çatıb.